"Həyatla dolu Ağdamda heç nə qalmayıb, şəhər tamamilə dağıdılıb" - İlham Əliyev
(5-10-2022, 11:30)
Həyatla dolu olan Ağdam şəhərində heç nə qalmayıb. Ağdam işğal dövründə tamamilə dağıdılıb.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında deyib.
Prezident qeyd edib ki, təxminən 30 il boyunca Ağdamın bütün binalarının daşları tək-tək dağıdılıb, sökülüb, oğurlanıb və satılıb: “Siz görə bilərsiniz ki, yeganə yarım dağıdılmış bina Cümə məscidinin binasıdır. Amma onun ermənilərin keçmiş işğal altındakı ərazilərdə dağıtdığı digər məscidlər kimi dağıdılmamasının səbəbi minarələrindən Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün müşahidə məqsədilə istifadə edilməsi olub. Amma bizim ermənilərin inək və donuz saxladığı Ağdam məscidinin murdarlanmasına dair video və foto dəlillərimiz var. Azad edilmiş ərazilərdə mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılıb, onlardan ikisi – biri buradakı, digəri Şuşadakı məscid yarım dağıdılıb və murdarlanıb”.Qeyd edək ki, Prezidentin çıxışı BMT resursunda da canlı yayımlanır.
Ana səhifəyə qayıt
Oxunub: 123
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər