Baş nazirdən qida normaları ilə bağlı QƏRAR
(25-08-2022, 18:22)


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissəyə “evlərində” sözündən sonra “və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində” sözləri əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, həmçinin ağıldankəm uşaqlar üçün internat evlərində vətəndaşların qida normaları” üzrə:

2.1. adına “evlərində” sözündən sonra “və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST İnklüziv İnkişaf və 2 Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində” sözləri əlavə edilsin;

2.2. cədvəldən sonrakı mətnin ikinci abzasına ikinci halda “bərpa mərkəzinə” sözlərindən sonra “və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə (gün ərzində bir dəfə nahar zamanı yeməklə təmin olunma nəzərə alınmaqla xidmətə götürülmüş böyüklər üçün 3-cü sütun, uşaqlar üçün 6-cı sütun)” sözləri əlavə edilsin.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 265

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031