Yeni məktəbli formalarının qiyməti məlum oldu - ÖZƏL
(15-08-2022, 12:00)

Yeni məktəbli formalarının satışa çıxarılacağı vaxt və ilkin qiymətlər məlum olub.
Bu barədə "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov
məlumat verib. Onun sözlərinə görə, uzunqol və qısaqol köynəklərin qiyməti təxminən
14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunacaq: "Ümumi qiymət
39 manat olacaq. Qiymətin belə olması materialın yundan hazırlanmasından qaynaqlanır.
Yunun bir metri bizə 10 dollara başa gəlir. Jaketlərə gəlincə, onları biz tikmirik.
Bu səbəbdən qiymətlərdən hələ xəbərimiz yoxdur”.
E.Əzimov, məktəbli formalarının avqust ayının 17-dən satışa çıxarılacağını
vurğulayıb. Xatırladaq ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov “Dövlət ümumi
təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. Qərara
əsasən, bundan öncəki geyim formalarından tədris ilinin sonunadək istifadə etmək
mümkün olacaq.