"DEPUTATLARIN STATUSU HAQQINDA" QANUNDA HANSI DƏYİŞİKLİKLƏR EDİLDİ?- Əvvəl və sonra
(5-07-2022, 09:30)
Milli Məclisin növbədənkənar sessiyasında “Milli Məclisin deputatlarının statusu haqqında” qanuna dəyişiklik edilib. Qanun 1 iyul 2022-ci il tarixindən qüvvəyə minib. Qanuna edilən dəyişiklikləri təqdim edirik:
Maddə 21. Deputatın maddi təminatı
Əvvəl: “Deputat nümayəndəlik səlahiyyətini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır”.
Sonra: “Deputatlara səlahiyyətlərinə yerinə yetirmələrinə görə hər il verilən iki aylıq vəzifə maaşları ləğv edilir”.
Əvvəl: “Mili Məclisin sədri 2475 manat məbləğində aylıq vəzifə maaşı alır”
Sonra: “Milli Məclisin sədrinin aylıq vəzifə maaşı 3550 manata artırılır”.
Əvvəl: “Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, komitə və komissiya sədrləri və onların müavinləri, deputatlar hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşlarına əlavə alırlar”
Sonra: “Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, komitə və komissiya sədrləri və onların müavinləri, deputatlar hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alırlar”.Əvvəl:”Milli Məclisin Sədri,onun müavinləri, deputatlar səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar”.
Sonra: “Bu müavinət ləğv edildi”
Maddə 29. Deputatın məzuniyyəti
Əvvəl: “Deputatlar məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşları məbləğində müavinət alırlar”.
Sonra: “Bu müavinət ləğv edildi”.
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |







