"Xəzərdə su səviyyəsinin enməsi nəticəsində quyuların istismarında problemlər yaranır" - SOCAR
(5-07-2022, 09:00)
"Xəzər dənizində su səviyyəsinin enməsi nəticəsində akvatoriyanın dayaz sahələrində mövcud və perspektivdə nəzərdə tutulan quyuların istismarında problemlər yaranır".
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, son zamanlar gəmilərin hidrotexniki qurğulara sərbəst yan alması, işçilərin və yüklərin təhlükəsiz daşınması üçün nəzərdə tutulmuş yük və sərnişin körpülərinin konstruksiyasına müəyyən dəyişikliklər edilməsi (endirilməsi və genişləndirilməsi, bərkidilməsi) zərurətə çevrilib və təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Ana səhifəyə qayıt
Oxunub: 150
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər