25 Fevral tarixində ABŞ-ın Çikaqo şəhərində Xocalıya ədalət mitinqi keçirilib
(26-02-2018, 19:25)

Fevralın 25-də Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar ABŞ-ın ən böyük şəhərlərindən biri olan Çikaqoda (İllinoys ştatı) etiraz aksiyası keçirilib. Şəhərin Miçiqan Avenyu adlanan mərkəzi küçəsində toplaşan aksiya iştirakçıları “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır!”, “Ermənistana ar olsun!”, “Biz Xocalını unutmayacağıq!”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 844 nömrəli qətnamələrinə əməl etməlidir!”, “Müharibə canisi Sarkisyan mühakimə edilsin!”, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!” kimi şüarlar səsləndiriblər. Mən də "Dövrün Nəbzi" qəzeti adından bu tədbirdə iştirak edərək öz dəstəyimizi bildirdim.
İdrak Ədalətoğlu
Çikaqo
Ana səhifəyə qayıt
Oxunub: 2 482
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar