Bakıda yeni tikilən binada başlayan yanğın söndürülüb (YENİLƏNİB)
(13-04-2018, 00:11)

Bakıda yeni tikilən binada başlayan yanğın söndürülüb (YENİLƏNİB)
Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın tam lokallaşdırılıb.

Hadisə yerində yaradılan operativ qərargahdan APA-ya verilən xəbərə görə, inşa edilən binanın ümumi sahəsi 800 kv.m. olan yuxarı mərtəbəsində baş verən yanğın 600 kv.m. sahəni əhatə edib. Yanğın nəticədə tikintidə istifadə olunan taxta konstruksiyalar (opalubka) yanıb. Mərtəbənin qalan hissəsini yanğından mühafizə olunub.

Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqadası cəlb edilib. Hadisə zamanı xəsarət və ya tüstüdən zəhərlənmə halı qeydə alınmayıb. Yanğının fəsadların tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

***19.27

Bakıda yeni tikilməkdə olan binada yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, hadisə 8-ci mikrarayonda qeydə alnıb.

Hazırda Bolluq bazarının yaxınlığında yerləşən binadakı yanğının söndürülməsi üçün FHN-nin yanğısöndürənləri iş başındadır.

Yanğın yarım saat öncə başlayıb.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 626

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930