“Odessa” Teyyub saxlanıldı - Narkoticarətə görə
(3-05-2018, 21:22)

“Odessa” Teyyub saxlanıldı - Narkoticarətə görə
“Odessa” Teyyub kimi tanınan Tağıyev Teyyub Eyyub oğlu Şirvan şəhərində saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, iki gün öncə Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyatla ələ keçirilib.

Onun narkotik maddə ticarəti ilə məşğul olduğu bildirilir. Məlumata görə, T.Tağıyev daha sonra Bakıya göndərilib.

Xatırladaq ki, 52 yaşlı “Odessa” Teyyub 24 fevralda ayağından güllələnmişdi.

Qeyd edək ki, Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb. O, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan “Odessa” Teyyub kimi tanınıb.

Rahim Ələkbərov 2001-ci ilin noyabrın 29-da Odessada qətlə yetirildikdən sonra T.Tağıyev Azərbaycana qayıdıb.
Solda Teyyub Tağıyev, sağda Rahim Ələkbərovшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 551

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930