Yandırılan uşaqların atası azərbaycanlıdır, axtarışdadır - Müəmmalı qətl
(3-05-2018, 16:43)

Yandırılan uşaqların atası azərbaycanlıdır, axtarışdadır - Müəmmalı qətl
Ötən həftə Nijni-Novqorodda iki azyaşlı uşağını öldürdüyü üçün həbs olunan 27 yaşlı Yelena Kərimova ilə bağl maraqlı faktlar ortaya çıxıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 4 yaşlı qızı Xədicə və iki yaşlı oğlu Süleymanı əvvəlcə əlləri ilə boğub, daha sonra izi itirmək üçün yandırdığı iddia edilən qadının azərbaycanlı ilə evli olduğu məlum olub.

Qadın özü uşaqlarını tək böyütməkdən yorulduğu və saxlaya bilmədiyi üçün öldürdüyünü deyir. Ən maraqlısı isə onun sosial şəbəkədəki paylaşımlarında şübhəli, depressiyada olduğunu sübut edəcək əlamətlərin olmamasıdır. Əksinə uşaqlarına olan sevgisini dəfələrlə ifadə edib.

[img]Yelenanın%20qohumları%20və%20yaxınları%20isə%20bildirirlər%20ki,%20nə%20isə%20yanlışlıq%20baş%20verir.%20Yelena%20uşaqlarını%20sevən%20anadır%20və%20belə%20bir%20dəhşətli%20qətl%20törətməsi%20mümkün%20deyil.%20Uşaqların%20azərbaycanlı%20ataları%20ilə%20bağlı%20isə%20heç%20kim%20heç%20nə%20bilmir.%20Onlar%20ərin%20bütün%20bunları%20planlaşdırdığına%20və%20uşaqları%20özü%20ilə%20apardığına%20inanırlar.%20Bəzi%20yaxınları%20isə%20iddia%20edirlər%20ki,%20bütün%20bunları%20Yelena%20planlaşdırıb.%20O,%20uşaqları%20atalarından%20xilas%20etmək%20üçün%20gizlədib.%20Hazırda%20istintaqçılar%20ekspertiza%20keçirdikdən%20sonra%20daha%20dəqiq%20biləcəklər%20ki,%20Yelenanın%20yandırdığı%20meyitlər%20əslində%20kimə%20məxsusdur.%20%20%20“Bəlkə%20də%20ataları%20uşaqlarını%20Azərbaycana%20qaçırıb.%20Biz%20onları%20bütün%20dünyada%20axtaracağıq.%20Qoy,%20Azərbaycanda%20olsunlar,%20lakin%20bilək%20ki%20sağ-salamatdırlar”%20%20uşaqların%20nənəsi%20Natalya%20Testenkova%20deyir.[/img]
Kərimovanın anası etiraf edir ki, qızı Yelenanı bu nikahdan vaz keçirmək üçün əlindən gələni edib. Lakin o yenə də azərbaycanlı ilə evləndi və bir müddət Moskvada yaşadılar. Bir neçə il sonra isə Yelena ərsiz ikinci uşağa hamilə halda geri qayıdıb.

Yelenanın rəfiqəsinin sözlərinə görə, azərbaycanlı ata hazırda beynəlxalq axtarışdadır. Bir ay əvvəl isə Niji-Novqorodda peyda olub və Yelena ilə uşaqlarına hədə qorxu gəlib.

Qeyd edək ki, Yelena ərindən bu ilin martın 12-də rəsmi olaraq boşanıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 475

Xəbər lenti