Peterburqda “Lotu Quli”nin tərəfdarları atışdı: ölən var
(2-05-2018, 15:14)

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, gündüz saatlarında Peterburqun mərkəzində baş verən silahlı insident “Lotu Quli” adlı azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun adamları arasında baş verib.
Belə ki, mərhum Qarayev də, onun qatili 46 yaşlı Mahir Məmmədov da “Lotu Quli” klanını üzvləri olub. Mahid Məmmədov Sankt-Peterburqda ticarətlə məşğul olan azərbaycanlı biznesmenlərdən xərac alaraq onu “Quli”yə göndərirmiş. Lakin “qanunda oğru”nun maliyyə araşdırmaları həmin xəracın heç də hamısının ona göndərilmədiyini müəyyən etmişdi.
Bu səbəbədən də “Lotu Quli” Mahir Məmmədovun yerinə məhz Qarayevə xərac toplamaq missiyasını həvalə etmişdi. Ehtimal olunur ki, bununla barışmayan Mahid Məmmədov tərəfdarları ilə Qarayevi Sankt-Peterburqun mərkəzində güllələyib.
Ana səhifəyə qayıt
Oxunub: 426
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar