Daha bir sosial şəbəkədə səsli və videozəng funksiyaları aktivləşdi
(30-04-2018, 20:16)

Daha bir sosial şəbəkədə səsli və videozəng funksiyaları aktivləşdi
“Vkontakte” sosial şəbəkəsinin “iOS” və “Android” platformaları üçün mobil proqramlarında səsli zəng və videozəng funksiyaları istifadəyə verilib.

ICTnews xəbər verir ki, yeni funksiyalar hələlik bütün istifadəçilər üçün əlçatan deyil. Amma proqramçılar söz veriblər ki, yaxın həftələr ərzində hamı yeniliklərdən istifadə edə biləcək.

“Vkontakte”nin nümayəndələri bildiriblər ki, onlar istifadəçilər arasında ünsiyyəti maksimum dərəcədə asanlaşdırmağa çalışırlar.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 453

Xəbər lenti
12-11-2025 11:00