Beynəlxalq Qarabağ Qurultayı keçiriləcək
(7-08-2021, 09:15)


Beynəlxalq Qarabağ Qurultayı keçiriləcək
Beynəlxalq Qarabağ Forumu (BQF) Koordinasiya Şurasının növbəti iclası keçirilib. İclasa növbəlilik əsasında Türkiyə təmsilçisi Ziya Zakir Acar moderatorluq edib. İclasda əvvəlcə ötən ay ərzində görülən işlərlə  və qərarların icrası ilə bağlı məlumat verilib.
 
Göstərilib ki, ötən ay ərzində Beynəlxalq Qarabağ Forumunun və Ərzurum Atatürk Universitetinin təşəbbüsü ilə Kazım  Karabəkirin humanitar fəaliyyətinə dair Beynəlxalq konfrans keçirilib, forumun Rusiya təmsilçiliyinin təşəbbüsü ilə “Qarabağa Rusiyadan baxış” adlı elmi -parktiki konfran  keçirilib. Hər iki tədbir haqqında iclas iştirakçılarına məlumat verilib. Sonra Türkiyəli nümayəndə Ziya Zakr Acar ötən ay ərzində gündəmdə olan və region ölkələrini narahat edən bir məsələyə diqqəti cəlb edib, bu Ofçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı olan məsələ idi. Z.Z.Acar bildirib ki, bu məsələyə, Ermənistanın bu hərəkətlərinə, insanlığa qarşı olan hərəkətlərinə etiraz olaraq Araz çayı sahilində aksiya keçriblər. Aksiya iştirakçıları həm Ermənistanın bu cür mənfur siyasətinə etirazlarını bildiriblər və eyni zamanda həmin prosesdə iştirak edən Alman şirkəti ilə bağlı öz etirazlarını da bildiriblər. Akif Nağı Azərbaycanda fəaliyyət göstərən bir neçə QHT adından, eyni zamanda Beynəlxalq Qarabağ Forumunun adından Azərbaycan və Türkiyə prezidentlərinə ünvanlanan məktubla bağlı məlumat verib və bildirib ki, həmin məktubda Türkiyədəki kütləvi yanğın fəlakəti ilə bağlı məsələ diqqətə çatdırılır və iki qardaş ölkənin  prezidentlərindən xahiş olunur ki, Azərbaycanın qeyri-hökumət təşkiatları, o cümlədən Beynəlxalq Qarabağ Forumunu yanğına qarşı mübarizəyə səfərbər etsinlər. İclas iştirakçıları Avqust ayının sonunda Türkiyənin İğdır şəhərində BQF-nin növbəti IX toplantısının keçirilməsi ilə bağlı məsələni müzakirə ediblər, işlərin gedişi ilə bağlı məlumat verilib. Göstərilib ki, hər şey foruma üzv olan ölkələrin təmsiliçiliyi ilə bağlı məsələlər əsasən həll olunub, texniki məsələlər həll olunub.
 
Türkiyə nümayəndəliyi ev sahibi kimi gördüyü işlərlə bağlı məlumat veribdir.  Bu vaxta qədər BQF -nin ümumi yığıncaqları toplantı adı ilə keiçirilb, koordinasiya şurasının müzakirələrindən sonra isə bundan sonra BQF-nin ümumi toplantılarının qurultay adlandırılması qərar verilibdir. Ona görə də IX qurultay İğdırda keçiriləcək növbəti toplantı  IX  qurultayı şəklində keçiriləcək, yəni Beynəlxalq Qarabağ Forumu tərəfindən təşkil olunun  IX Beynəlxalq Qarabağ Qurultayı olacaqdır. Qurultayın nümayəndəlikləri müxtəlif ölkələrdən texniki və  digər məsələlər öz həllini tapdı. Xatırladaq ki, indiyənə qədər BQF-nin  XIII toplantısdı keçirilib, onlardan üçü Azərbaycanda, ikisi Türkiyədə, biri İranda, iki son yeddinci və səkkizinci toplantıları isə pandemiya şərtlərinə uyğun olaraq  onlayn  formatda keçririlib. İndi forum iştirakçıları 9-cu toplantıya, artıq  yeni adla  IX Beynəlxalq Qarabağ Qurultayına hazırlaşırlar. Qurultayda İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni situasiya Azərbaycanın və digər region dövlətlərinin məsələyə münasibəti,  Azərbaycan -Türkiyə müttəfiqliyi, Azərbaycanın digər ölkələrlə Qarabağ məsələsi haqqında müttəfiqliyi, dünyanın, beynəlxalq təşkilatların Qarabağ məsələsinə yeni baxışı və digər məsələlər müzakirə olunacaqdır, eyni zamanda forumun əsasnaməsinin yeni redaksiaysının, həmçinin yeni redaksiyada məramnamə, proqram sənədlərinin qəbul olunması və digər səndlərin qəbul olunması nəzərdə tutulur. İclasda həmçinin  son aktual məsələlər, o cümlədən Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik və Türkiyədəki kütləvi yanğın fəlakəti ilə bağlı məsələlər ayrı-ayrılıqda müzakirə olunmuşdur və bu məsələlərlə bağlı uyğun qərarlar qəbul olunmuşdir. O cümlədən Türkiyədə yanğınla bağlı forumun nə edə biləcəyi, praktiki yardımı, mənəvi dəstəyi və digər məsələlərlə bağlı qərarlar qəbul olunmuşdur.
 
İclasda Akif Nağı (Azərbaycan), Z,Z.Acar (Türkiyə), Sözer Akyıldırım (Türkiyə), Cafer Dal (Türkiyə), Gürsoy Solmaz (Türkiyə), İradə Əliyeva (İsveç), Vahid İmanov (İspaniya), Mehriban Abdullayeva (Azərbaycan),  Necati Alkış (Türkiyə), Əkrəm  Gürel (Türkiyə) və digərləri çıxış edərək, təkilflərini veriblər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 119

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031