Ermənistan müdafiə nazirinin birinci müavini işdən çıxarılıb
(2-08-2021, 14:59)

Ermənistan müdafiə nazirinin birinci müavini Arşak Karapetyan tutduğu vəzifədən azad edilib.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan qərar imzalayıb.
Qeyd edək ki, iyulun 20-də N.Paşinyan A.Karapetyan müdafiə nazirinin birinci müavini təyin edilməsi barədə qərar imzalamışdı. O, bu təyinata qədər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, iyulun 20-də Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib. Ona görə də A.Karapetyan müdafiə naziri səlahiyyətlərini də icra edirdi. Onun müdafiə naziri təyin ediləcəyi gözlənilirdi.
Ana səhifəyə qayıt
Oxunub: 120
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər