Azərbaycanlı deputatın maşını Türkiyədə saxlanıldı – İcazəsiz daxil olub
(26-04-2018, 23:24)

İstanbul polisi 150 məkanda əməliyyat həyat keçirib. 2 min polis əməkdaşı həm hava, həm dəniz həm də quru yolu ilə basqını reallaşdırıb. “Qurd Qapanı-16” əməliyyatı adlanan basqında saxlanılan şəxslər haqqında araşdırma aparılıb.
Beşiktaş İskele adlı məkanda aparılan araşdırmada Azərbaycan (AZE 10 NN 715) dövlət nömrə nişanlı maşın saxlanılıb. Həmin maşının sahibinin azərbaycanlı millət vəkili olduğu deyilir. Maşın icazəsiz yolla Türkiyəyə daxil olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Türkiyədə polis tərəfindən saxlanılan avtomobil Məşədiyev Namiq Feyzulla oğluna məxsusdur. Sürücü isə Fəqan Bəylarovdur.
Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.
Ana səhifəyə qayıt
Oxunub: 439
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər