Poroşenko “Bayraktar”ları Donbassa gətirməyi təklif edib
(13-04-2021, 09:00)


Poroşenko “Bayraktar”ları Donbassa gətirməyi təklif edib
Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko Donbass bölgəsinə “Bayraktar” PUA-larının cəlb olunmalı olduğunu bildirib.
 
Keçmiş Prezident Donbassda gərginləşmə fonunda Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) iclasını çağırmağın vacibliyini vurğulayıb və bu istiqamətdə bölgəyə ABŞ-dan Türkiyə pilotsuz təyyarələrinin və tank əleyhinə raket sistemlərinin idxalı daxil olmaqla “tamamilə aydın planlar”ın olduğunu qeyd edib. 
 
“Əminik ki, təcavüzkarın hücuma keçəcəyi təqdirdə cavabın həlledici olacağına şübhə etməməsi üçün mənim dövrümdə alınan “Bayraktar” zərbə PUA-larını ortaq qüvvələr əməliyyat zonasına gətirmək lazımdır”,-deyə Poroşenko qeyd edib.
 
Xatırladaq ki, mart ayının sonunda Ukrayna ordusu Donetsk bölgəsinin Şumı kəndi yaxınlığında separatçıların atəş tutması nəticəsində dörd hərbçinin öldüyünü və daha ikisinin yaralandığını açıqlamışdı.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 137

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930