Hüseyn Abdullayevin vəkili danışdı
(23-04-2018, 16:35)

“Hazırda vergi cinatəi ilə bağlı qaldırılmış cinayət işi üzrə istintaq davam etdirilir”, Əkbərov qeyd edib. Vəkil Hüseyn Abdullayevin Türkiyədə hansı şəraitdə saxlanılması ilə bağlı suala belə cavab verib.
“Çox təəssüf ki, onu mən özüm də bilmirəm. O faktiki olaraq bizim ölkədən kənarda baş verən bir hadisədir. Faktiki olaraq Hüseyn Abdullayev bu dəqiqə Azərbaycandadır”, vəkil deyib.
“Hüseyn Abdullayev Almaniyadan siyasi sığınacaq almışdı. Onun saxlanılması ilə bağlı Almaniya səfirlyi məlumatlandırılıb?”- sualının cavabında vəkil deyib ki, bu barədə məlumatlı deyil.
“Mən vəkiləm. Ancaq onun hüquqi məsələləri tərəfindən məşğulam. Yəni bunun siyasi, özünün mövqeyi, statusu, yaxud da digər məsələlər mənim səlahiyyətlərimə aid deyil. Çox təəssüf. Yəni o barədə məlumatlı deyiləm”, o qeyd edib.[audio=]
Ana səhifəyə qayıt
Oxunub: 373
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar