Mübariz Qurbanlı: "Ermənilərin muzdlu döyüşçülərdən istifadə etməsi ilə bağlı faktlar var"
(1-03-2021, 17:36)

“Ordumuz ermənilər üzərində şanlı qələbə qazanıb və qarşı tərəf bunu həzm edə bilmir. Bir qrup terrorçunun Azərbaycan tərəfindən vuruşması yalanını yaymaqla regionda bəzi dövlətlərdən dəstək alaraq ölkəmizə qarşı müəyyən qabaqlayıcı tədbirlərin görülməsini istəyirdilər”.
Bunu YAP icra katibinin müavini Mübariz Qurbanlı "Yeni TV"də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla erməni xalqını məğlubiyyətə uğradıqlarından yayındırmağa çalışırdılar: “Əsas gətirmək istəyirdilər ki, guya məğlubiyyətləri Azərbaycana gətirilən muzdlu döyüşçülər səbəbindən olub. Kənardan gələn vardısa, onları kim görüb? Azərbaycanın buna ehtiyacı da yoxdur. Çünki ölkəmizin kifayət qədər ordusu var. Əksinə, ermənilər kənardan döyüşçülər gətirib və bu faktlar da var. Fakt yoxdursa, hər hansı şayiə və söz-söhbət salmaq mənasızdır”.
Ana səhifəyə qayıt
Oxunub: 167
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər






