"Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz" - İlham Əliyev
(26-02-2021, 13:30)


"Qarabağda rəsmi dil məsələsi ilə bağlı deyə bilərəm ki, bu manipulyasiya növüdür. Orada hazırda Azərbaycanın qeyri-qanuni rəhbər adlandırılan manipulyasiyasıdır".
 
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
 
"Dağlıq Qarabağ mövcud deyil. Hər kəs oranı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Ona görə də Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz. Eyni zamanda biz heç bir dilə qarşı hər hansı məhdudiyyət qoymuruq. 340-a yaxın rus dilli məktəbimiz var. Ermənistanda isə bu rəqəm sıfırdır. Yalnız orada rus hərbi kontingentinin uşaqları üçün məktəb var", - dövlət başçısı bildirib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 131

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031