Rafael Cəbrayılov 1000 manat cərimələndi
(3-02-2021, 14:24)



Keçmiş deputat Rafael Cəbrayılov 1000 manat cərimələnib.

Yanvarın 25-də Abşreon Rayon Məhkəməsində Rafael Cəbrayılovun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə dair iddiaya baxılıb. Məhkəmə keçmiş deputatı 1000 manat cərimələməklə yanaşı, ona icra tələbini yerinə yetirmək üçün 20 gün möhlət verib.

Məlumatda deyilir ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslərdən Təranə Fətəliyeva, Məlahət Qurbanova və Xatirə Nəcəfova məhkəmə çəkişməsində qalib gəlib. Təranə Fətəliyeva hətta Ali Məhkəmə mərhələsini də keçib. Məhkəmə qərarları icraya yönəldilsə də, Rafael Cəbrayılov borclarını qaytarmaq istəmir.

Bildirilir ki, keçmiş deputat 20 gün ərzində borclarını qaytarmasa, məsuliyyətə cəlb olunacaq.

Rafael Cəbrayılovun Təranə Fətəliyeva, Məlahət Qurbanova və Xatirə Nəcəfovaya üst-üstə 1 milyon manatdan çox borcu var.

Lakin keçmiş deputatın borcları bununla bitmir. O, daha 5 nəfərdən toplam olaraq 700 000 manatdan bir az artıq borc alıb.

Həmin şəxslər də məhkəməyə, eyni zamanda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 136

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031