“İlham Rəhimov dövlətimizə və xalqımıza hər zaman vicdanla xidmət edib” – Polkovnikdən ad günü təbriki!
(14-01-2021, 09:30)
Bu gün dünya şöhrətli hüquqşünas alim, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Qara Dəniz-Xəzər Bölgəsi Vəkillər Kollegiyasının prezidenti, hüquq elmləri doktoru, professor İlham Məmmədhəsən oğlu Rəhimovun 70 yaşı tamam olur.
Bu münasibətlər açıqlamasında görkəmli hüquqşünası təbrik edən Respublika Veteranlar Birliyinin sədr müavini, polkovnik Cəlil Xəlilov, İlham Rəhimovu təbrik edib, ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb:
“Professor İlham Rəhimov Azərbaycan xalqının dünya miqyasında tanınan, milli maraqlarımızın keşiyində duran, uzun illərdir ki, dövlətimizə və xalqımıza vicdanla xidmət edən övladlarından biridir. İlham Rəhimov o şəxsiyyətlərdəndir ki, bütün həyatını və fəaliyyətini xalqımızın rifahına, dövlətimizin möhkəmlənməsinə, ümummili lider Heydər Əliyev siyasi kursunun təbliğinə həsr edib. Bugünlərdə cənab prezidentimizin hörmətli professoru “Şöhrət” ordeni ilə təltif etməsi də dövlətimizin ona olan münasibətindən xəbər verir.
Hüquq elmi sahəsində mühüm xidmətləri olan İlham Rəhimov, Azərbayca-Rusiya dostluq əlaqələrinin inkişaf etdirilməsinə, Azərbaycan həqiqətlərinin Rusiyada təbliği istiqamətində də müstəsna xidmətləri olan böyük vətənpərvərdir. Onun Rusiya cəmiyyətindəki nüfuzu, bu ölkədə mili maraqlarımızın təbliği və müdafiəsi istiqamətində apardığı iş, Rusiya ictimaiyyətinin Azərbaycan həqiqətləri haqqında daha dolğun şəkildə məlumatlanmasını təmin edib.
İlham Rəhimovu Azərbaycan xalqına sevdirən ən mühüm xüsusiyyətlərindən biri də onun hədsiz xeyirxahlığı, vətəndaşların problemlərinə həssas, duyarlı münasibətidir. Təsadüfi deyil ki, bu gün Azərbaycan cəmiyyəti İlham Rəhimovu Azərbaycanın məşhur xeyriyyəçiləri olan Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov və digərləri ilə müqayisə edir, onun həyata keçirdiyi xeyriyyəçilik layihələrindən məmnunluqla danışır. Bu isə İlham Rəhimovun xalqımız üçün nə qədər əziz və doğma olduğunu, onun qəlbinin doğma Azərbaycanla birlikdə döyündüyünü göstərir.
Mən ad günü münasibəti ilə hörmətli professoru təbrik edir, ona möhkəm cansağlığı, gərgin və şərəfli fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, o, bundan sonra da dövlətimiz və xalqımız qarşısında böyük xidmətlərə imza atacaq, öz zəngin bilik və təcrübəsini keçmişdə olduğu kimi, gələcəkdə də millətimizin rifahına həsr edəcək”.