Vergilər Nazirliyində növbəti kütləvi ixtisar – Cabbarov müfəttişlərin “axırına çıxacaq”
(18-04-2018, 23:21)

Vergilər Nazirliyində növbəti kütləvi ixtisar – Cabbarov müfəttişlərin “axırına çıxacaq”
Vergilər Nazirliyində növbəti kütləvi ixtisar həyata keçirilib.

Mia.az xəbər verir ki, nazir Mikayıl Cabbarov növbəti dəfə kütləvi işdənçıxarma ilə bağlı əmr imzalayıb. Belə ki, bu dəfə də ixtisarlara düşənlər Vergilər Nazirliyinin nəzdində büdcədənkənar fond hesablı müfəttişlər olub.

Saytın yazdığına görə, M.Cabbarov seçkidən sonra analoji əmr verərək hər idarədə 5-6 nəfər olmaqla, ümumilikdə 20-dən çox büdcədənkənar fond hesablı müfəttişləri işdən çıxarıb. O da bildirilir ki, Mikayıl Cabbarov büdcədənkənar fond hesablı müfəttişləri nazirlik sistemindən tamamilə uzaqlaşdırmaq istəyir. Yəqin ki, böyük səs-küy olmaması üçün bu sistemi birfələlik deyil, mərhələli şəkildə ləğv edəcək.

Məlumat üçün bildirək ki, Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra qısa müddət ərzində qurumda mühüm dəyişikliklər edib. Xüsusən də sabiq nazir Fazil Məmmədova yaxın bütün yüksək rütbəli məmurları nazirlikdən kənarlaşdırıb.

Görünən odur ki, nazir bu prosesi davam etdirmək niyyətindədir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 363

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930