"Ermənilər bu münasibətə layiq deyillər..."
(11-12-2020, 15:30)

"İndiki hakimiyyət də, Paşinyanı devirib onun yerinə gələcək hökümət də Türkiyə və Azərbaycan siyasətini dəyişdirmək gücündə olmayacaqlar, çünki..."


Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim Qafar Çaxmaqla Zəfəır paradında iştirak etmək üçün Bakıda səfərdə olan Rəcəb Tayyib Ərdoğanın Ermənistana yönəlik mesajlarını və bu ölkə ilə Türkiyə sərhədlərinin açılması ehtimalını Moderator.az-a şərh edib:
"1991-ci ildə Ermənistan öz müstəqilliyini elan edərkən onu tanıyan ilk ölkəlrdən biri Türkiyə oldu, bu addımı ilə erməni qonşuya əl uzatdı. Sərhədlərini Ermənistanın üzünə açdı. Amma Ermənistan nə etdi? Müstəqilliyi ilə bağlı Konstitusiya Aktında Türkiyənin  Şərqi Anadolu vilayətlərinə ərazi iddiaları irəli sürdü. Bu o demək idi ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır. 1993-cü ilin aprelin 2-də Kəlbəcərin işğalından sonra Türkiyə işğalçı dövlətdən Kəlbəcərdən və digər Azərbaycan ərazilərindən  işğalçı qoşunlarını çıxarmasını tələb etsə də, Ermənistan bu tələbi geri çevirdi. Nəticədə Türkiyə Ermənistanla sərhədlərini bağladı və bu günə qədər də həmin sərhədlər bağlıdır.  Türkiyənin başından bəri tələbi bundan ibarət olmuşdur ki, Ermənistan işğal olunmuş ərazilərdən çəkilməyənə qədər sərhədlər açılmayacaq. Amma Ermənistan Türkiyəni beynəlxalq səviyyədə zaman zaman sərt tənqid edərək Ermənistanı blokadada saxlamaqda günahlandırırdı. Yəqin hər kəsin yadındadır, öncə “futbol diplomatiyası” işə düşdü, daha sonra isə İsveçrənin Sürix şəhərində Ermənistanla diplomatik münasibətlərin qurulması üçün cəhdlər edildi. Protokollar imzalandı, iki protokol idi. Biri Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tuturdu, digəri isə sərhədlərin açılmasını... Türkiyə tərəfi  öz imzasına hörmət edərək  sonuna qədər anlaşmaya sadiq qaldı. Türkiyənin tək şərti bundan ibarət idi ki, Azərbaycan torpaqları işğalçı erməni qüvvələrindən təmizlənsin, yəni Ermənistan buradan ordusunu çıxarsın. Lakin Ermənistan rəhbərliyi nəinki bunu etmədi, üstəlik bu protokolların Ermənistan Konstitusiyasına ziddiyyyət təşkil etdiyini bəhanə gətirdi. Yazının əvvəlində dediyim Konstitusiya Aktında Türkiyənin bəlli vilayətlərini iddialarla uyğun olmadığı səbəbindən bu işi uzatdılar və prezident  Serj Sarkisyan həmin protokollardan çəkildiklərini elan etdi. Demək bu o demək idi ki, Ermənistan Türkiyənin ərazilərinə iddiadan vaz keçməmişdir. Həm də beynəlxalq birliyin Azərbaycan ərazisi kimi tanıdığı və qəbul etdiyi, BMT-nin də qətnamələrlə qoşunlarını çıxarmasını tələb etdiyi Dağlıq Qarabağı işğal altında saxlamaq siyasətini davam etdirəcəyini açıq şəkildə ortaya qoydu. Bu da faktdır ki, dünyada Türkiyənin ərazi bütövlüyünü tanımayan tək ölkə Ermənistandır.
 İndi öldürücü məğlubiyyətdən sonra  Dağlıq Qarabağa Ermənistanın Dağlıq Qarabağa iddiaları və ya Şərqi Anadoluya iddialar aradan qalxıbmı ki, Türkiyə Ermənistana sərhədlərini açsın. Prezident Ərdoğan Bakıdakı paradda  Türk dövlətinin xoş niyyətini ifadə edərək ermənilərə mesaj vermişdir. Ağla gəlin, bölgədə əmin amanlıq içərisində yaşamaq istəyirsinizsə, irqçi iddialardan vaz keçin.  Məncə Ermənilər bu münasibətə layiq deyillər, indiki hakimiyyət də, Paşinyanı devirib onun yerinə gələcək hökümət də Türkiyə və Azərbaycan siyasətini dəyişdirmək gücündə olmayacaqlar, çünki uzun illər xalqı millliyətçilik ruhunda hazırlayıblar və başqalarının torpaqlarına iddia onların gözünü kor etmişdir. Ermənistanın ilk baş naziri Hovhannes Kaçaznuni 1923-cü ildə Daşnaksütyun partiyasının  Buxarestdə keçirilən qurultayına raportunda yazmışdı ki, Sevr müqaviləsi bizim gözümüzü kor etmişdi, biz qarşımızdakının kim olduğunu görə bilmirdik. İndi də onlar qarşısındakı ölkənin Türkiyə olduğunu, onun necə bir qüdrətə malik olduğunu görmürlər. Düşdükləri ağır durum belə onları xəstə təfəkkürdən əl çəkməyə yetmir. Yaxın vaxtlarda sərhəd məsələsini gündəmə gələcəyini düşünmürəm. Ermənistan xaos içərisindədir. Aldığı zərbədən özünə gələ bilmir və bu uzun müddət davam edəcək. Yaxın vaxtlarda münasibətlərin düzələcəyinə ehtimal vermirəm".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 134

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031