"Zəfərin nəticəsində coşqu ancaq bu cür, bu şəkildə ola bilərdi, bunu gördük"  
 (11-12-2020, 10:00) 
	"Hörmətli Qardaşıma, cənab Prezidentə xüsusilə Zəfər Günündə verdiyi bu mesaja görə şəxsən öz adımdan və millətim adından çox təşəkkür edirəm. Mən bu Qələbənin başda bu işin liderliyini edən Qardaşıma, onun timsalında bütün azərbaycanlı türk qardaşlarıma mübarək olmasını şəxsim, nümayəndə heyətim və millətim adından diləyirəm və bir daha təbrik edirəm".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.
Türkiyə Prezidenti deyib:
"Həqiqətən 44 günlük bir müharibədən sonra ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımı necə sevindirdisə, eyni dərəcədə Türkiyədəki qardaşlarını da sevindirmişdir. Bu, istər şəxsimizdə, istər bütün millətimizin şəxsində yaşanan bir sevincdir. İstər hökumətimiz olaraq, istərsə də parlamentin böyük bir qismi olaraq bu sevinci bərabər yaşadıq. Bu sevincə xüsusilə də yazılı, görüntülü medianın da böyük bir qismi eyni dərəcədə qatıldı və bu Zəfəri birlikdə daim qeyd etdilər, mesajlarını da bu istiqamətdə çatdırdılar.
Bu gün bu tədbirlərə Qardaşımın dəvəti ilə gəldik və prospektdəki o sevinci gördüyümüz zaman anladıq ki, belə bir Zəfərin nəticəsində coşqu ancaq bu cür, bu şəkildə ola bilərdi, bunu gördük. Təbii ki, belə bir Zəfərə görə təbrik etmək, “Mübarək olsun!” demək vəzifəmizdir. Rəbbim bundan sonrakı prosesi, inşallah, uğurla davam etdirməyi də nəsib etsin".
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 176
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






