Bakıda yol polisi postunda ağır qəza - Ölən var+ Fotolar
(17-04-2018, 00:13)

Bakıda yol polisi postunda ağır qəza - Ölən var+ Fotolar
Bu gün günorta saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ postunda baş verib.

Belə ki, “KamAZ” markalı yük avtomobili ilə “Vaz 2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Vaz 2107” markalı avtomobilin sürücüsü 1984-ci il təvəllüdlü Mənsur Aydın oğlu Qasımov dünyasını dəyişib.

Hadisə yerinə dərhal YPX və FHN əməkdaşları cəlb olunub. Ölən şəxsin meyiti Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 354

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930