“Sədərək”dəki yanğınla bağlı sığortaya müraciət edən olmayıb - RƏSMİ
(25-08-2025, 17:00)

dovrunnabzi.az xəbər verir ki, bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyindən bildirilib.
Məlumata görə, bu günə qədər yanğınla bağlı sığorta şirkətlərinə əmlak sahiblərindən hər hansı müraciət daxil olmayıb.
"Bu kimi hadisələrin nəticəsində yaranan zərərlər daşınmaz əmlakın icbari sığortası, əmlakın yanğından və digər risklərdən könüllü sığortası, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası məhsulları vasitəsilə əvvəlcədən təminat altına alına bilər.
Xüsusilə iri ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalı, qarşısıalınma tədbirləri görülməli və mümkün risklərin azaldılması üçün preventiv addımlar atılmalıdır", - deyə məlumatda qeyd olunub.
Ana səhifəyə qayıt
Oxunub: 382
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər