Əli Əsədov pakistanlı nazirlə görüşdü
(10-07-2025, 16:00)

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 10-da Pakistanın federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb.

dovrunnabzi.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlığın uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı bildirilib.

Dövlətlərarası münasibətlərin bütün sahələrdə yüksək inkişaf dinamikasından məmnunluq ifadə olunub.

İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, xüsusilə də ədliyyə nazirlikləri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hüquqi sahədə səmərəli tərəfdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüş zamanı Azərbaycan ilə Pakistan arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 22

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930