Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
(17-06-2025, 12:30)

Lerikə yeni prokurorlar təyin edilib.
dovrunnabzi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, habelə Baş Prokurorluğun müxtəlif idarələrində idarə və şöbə prokuroru vəzifələrində işləyib.
Bundan başqa Baş Prokuror Kamran Əliyevin digər əmri ilə Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.
Ana səhifəyə qayıt
Oxunub: 314
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər