"Ankara və Bakıdan başqa..." – erməni politoloqdan şok açıqlamalar
(12-06-2025, 11:30)

Ermənistanda baş nazir Nikol Paşinyanın Apostol Kilsəsinə və Katolikos II Qareginə qarşı sərgilədiyi aqressiv mövqe ölkə daxilində siyasi və ictimai təlatümlərə yol açır.
dovrunnabzi.az xəbər verir ki, erməni polittexnoloq Vigen Akopyan “Sputnik Armenia”ya verdiyi müsahibədə bu gedişatın dövlət çevrilişi cəhdinə bərabər olduğunu bildirib.
Aköpyanın sözlərinə görə, hakimiyyətlə kilsə arasındakı qarşıdurma Ermənistanın daxilində ciddi destabilizasiya və vətəndaş qarşıdurması riski yaradır:
“Paşinyan və tərəfdarları Katolikosu və Apostol Kilsəsini hədəfə almaqla təkcə dini institutu deyil, həm də erməni xalqının mədəni özünüdərk əsasını zəiflətməyə çalışırlar. Bu qarşıdurma fərqli səviyyələrdə təşkil olunmuş hücumlarla davam edə bilər – təzyiqlərə kilsələr, yepiskoplar və digər dini strukturlar məruz qala bilər”.
Vigen Akopyanın iddiasına görə, Ermənistanla kilsə arasında yaranan konflikt daxili siyasi zəmində deyil, xarici güclərin təşəbbüsü ilə formalaşdırılıb. O bildirib ki, bu gərginlik Ermənistanın zəif mövqeyindən istifadə edən xarici qüvvələrin – xüsusilə Türkiyə və Azərbaycanın – maraqlarına xidmət edir.

Vigen Akopyan
“Paşinyan artıq inanıram ki, hakimiyyətdə qalmaq üçün yeganə real maraqlı tərəflər Ankarada və Bakıda oturanlardır”.
Akopyan Paşinyanın təkcə kilsəni deyil, eyni zamanda bütün “erməni institutlarını” sistemli şəkildə dağıtdığını qeyd edib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi hazırda ordu, qəhrəmanlıq anlayışı, milli təhsil və mədəniyyət kimi dayaqları da zəiflətməkdədir.
Musavat.com-un qeydi
Nikol Paşinyanın hakimiyyəti dövründə Apostol Kilsəsi ilə münasibətlərin korlanması yeni deyil. Lakin son vaxtlar bu münasibətlər daha da gərginləşib, Katolikosun və kilsənin siyasi proseslərdə “xain mövqe” sərgilədiyi barədə mesajlar hökumətyönlü dairələrdə güclənib.
Vigen Akopyanın açıqlamaları isə artıq bu qarşıdurmanın ideoloji və geosiyasi müstəviyə keçdiyini, Ermənistanın daxilində yeni parçalanmanın baş verdiyini göstərir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 21

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930