Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi
(4-05-2025, 10:30)

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.
 
dovrunnabzi.az xəbər verir ki, orden Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşündə təqdim olunub.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.
 
Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirib.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 32

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930