Dövlət Xidmətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirilib
(16-11-2023, 09:30)
Dövlət Xidmətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı dəyirmi masa keçirilib.
Tədbirdə Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi - “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin İcraçı direktoru, "Konsitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov, Media və Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin sədri Xanoğlan Əhmədov, “Qarabağ Qaziləri” İctimai Birliyinin idarə heyətinin üzvü Rey Kərimoğlu və Beynəlxalq Avrasiya Media-nın baş redaktoru Vüsalə Balayeva iştirak edib.