Dövlət başçısından yol ilə bağlı SƏRƏNCAM
(6-10-2023, 16:30)

Dövlət başçısından yol ilə bağlı SƏRƏNCAMPrezident İlham Əliyev İmişli rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

millitv.az xəbər verir ki, prezidentin sərəncamına əsasən, doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.6-cı yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,8 milyon (on beş milyon səkkiz yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 175

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930