“Tezliklə Qafqazda Ermənistan adlı dövlət olmayacaq“ - Şok iddia
(17-08-2021, 14:13)

Müharibədən sonra süni şəkildə Qarabağdakı erməni əhalisinin sayını artırmaq üçün bölgəyə gətirilən ermənilər Xankəndini tərk etməyə davam edir. Prezident İlham Əliyev də “CNN Türk”ə son müsahibəsində təkcə 11 iyul- 8 avqust tarixləri arasında 5 minə yaxın erməninin Xankəndindən Ermənistana getdiyini və geri qayıtmadığını açıqlayıb. Qarabağdakı insanların hərəkət istiqamətlərinin nəzarətimizdə olduğunu qeyd etməklə yanaşı, dövlət başçısı Laçın dəhlizindən ərazilərimizə nə qədər maşının gəlib-getdiyini də dəqiq rəqəmlərlə məlum olduğunu bildirib.
Yenisabah.az-a açıqlama verən Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov bildirib ki, separatçılar Xankəndidə olduqca və rus sülhməramlıları orada öz funksiyalarını düzgün yerinə yetirmədikcə, bölgədə ermənilərin sayının azalması müşahidə ediləcək:
“Cənab Prezident də bildirdi ki, Laçın dəhlizi vasitəsilə post-müharibə dövründə nə qədər avtomobilin və insanın Xankəndi istiqamətinə hərəkət etdiyini, həmçinin oradan geri qayıtdığını dəqiq bilirik. Bu o kontekstdə deyilmişdi ki, həm Ermənistan, həm Rusiya, həm də Qarabağdakı separatçılar reallığa uyğun olmayan rəqəmlər açıqlayırdılar. Dünən də Rusiya Müdafiə Nazirliyi Xankəndiyə indiyədək Laçın dəhlizi ilə gəlmiş avtomobillərin sayını şişirdilmiş bir şəkildə elan edib. Reallıq isə ondan ibarətdir ki, gəlib-gedənlər arasında ən azı 5 min insan fərqi var. Bu da mövcud duruma uyğundur. Çünki əgər Ermənistanda bu gün heç 2 milyona yaxın əhali yoxdursa, rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə ermənilərin sayının çoxalması mümkün deyil. Müxtəlif zəminlər olmalıdır ki, onların sayı çoxalsın. Lakin nə qədər ki erməni separatçıları orada olacaqlar, rus sülhməramlıları öz funksiyalarını düzgün yerinə yetirməyəcəklər, bu sayın daha da azalmasının şahidi olacağıq. Çünki yerli ermənilər siyasi və mənəvi cəhətdən orada yaşamağın çətin olduğunu anlayırlar. Onlar başa düşürlər ki, separatçıların apardığı siyasət nəticəsində bölgə yenidən alovlana bilər. 30 il ərzində separatçılar o torpaqların dağıdılması ilə məşğuldur, iqtisadi imkanları da yerli əhali üçün yox, öz cibləri üçün istifadə edirdilər, bunun nəyə gətirib çıxardığı bu gün hər kəsə məlumdur. Ona görə də yerli ermənilər separatçlara, ümumiyyətlə, Ermənistana artıq inanmırlar”.
Siyasi şərhçi ermənilərin köçəri millət olmasına da diqqət çəkib:
“Onlar həmişə xarici dövlətdə yaşamağı seviblər. Bu illər ərzində müxtəlif yollarla aldadılaraq bölgəyə gətirilmiş ermənilər artıq öz gələcəklərini xaricdə görürlər. Yerli erməni əhalisi üçün iqtisadi imkanların artırılması, həyat şəraitinin yaxşılaşdırılması yalnız bir halda reallığa çevrilə bilər: separatçılar Xankəndidən çıxmalı və yerli ermənilər Azərbaycanın yurisdiksiyasını qəbul etməlidirlər. Onlar bilirlər ki, qonşuluqdakı işğaldan azad edilmiş rayonlar qısa zamanda cənnətə çevriləcək. Azərbaycan və Ermənistandakı həyat səviyyəsinin fərqliliyi, yəni reallığı gec-tez qəbul edəcəklər, lakin çalışmaq lazımdır ki, bu, tez baş tutsun. Ermənistanın hazırkı siyasəti Ermənistan dövlətçiliyini sual altında qoyur. Əgər belə davam edərsə, Qafqazda tezliklə Ermənistan dövlətinin yox olmasına gətirib çıxaracaq hadisələri izləyə biləcəyik. Azərbaycan həm yerli ermənilərə, həm Ermənistana, həm bütün qonşu ölkələrə sülh platforması, yeni iqtisadi dividentləri və siyasi münasibətlərin yaxşılaşmasını nəzərdə tutan imkanlar təklif edir. Nə qədər gec deyil, fürsətlərdən istifadə etməlidirlər. Əks təqdirdə gələcək proseslər onlar üçün çox faciəvi nəticələrlə bitəcək”.
Qeyd edək ki, rəsmi rəqəmlərə görə, Birinci Qarabağ müharibəsinədək bölgədə 149 min erməni yaşayıb. Lakin təxminən 30 illik bir dövrdə bu say 60 minə enib. Yəni İkinci Qarabağ müharibəsindən əvvəl bölgədə 60 min erməni yaşayıb. Müharibədən sonra isə sülhməramlılar 52 min civarında ermənini ərazimizdə məskunlaşdırmağa çalışıb. Lakin onların bir qismi Ermənistana geri qayıtmağı seçib. Separatçıların başçısı Arayik Arutyunyan son açıqlamasında Qarabağda 35 min erməninin qaldığını deyib. İlham Əliyev isə hələ bir müddət əvvəl AzTV-yə açıqlamasında sayın maksimum 25 min olduğunu vurğulayıb.
Ana səhifəyə qayıt
Oxunub: 324
Xəbər lenti
26-09-2023 14:00
26-09-2023 11:00
26-09-2023 08:30
11-09-2023 16:00
11-09-2023 13:00
Ən çox baxılanlar
Seçilənlər