Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA
(26-10-2020, 14:30)



“Humanitar atəşkəsi açıq şəkildə pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın Daşkəsən rayonunu atəşə tutub.”

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

O qeyd edib ki, nəticədə meşə yanğını baş verib.

H.Hacıyevin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürmək və Ermənistanın törətdiyi ekoloji terroru minimuma endirmək üçün ərazidə fəaliyyət göstərirlər.

“Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur”, - deyə Prezidentin köməkçisi vurğulayıb. 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 217

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930