Kartof pomidordan yaranıbmış - Araşdırma
(4-08-2025, 14:30)

dovrunnabzi.az xəbər verir ki, Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasının alimləri tərəfindən aparılan genetik analizlərə görə müasir kartof növləri təxminən 9 milyon il əvvəl Cənubi Amerikada vəhşi pomidor bitkisi ilə kartofa bənzər bir başqa bitkinin təbii şəkildə çarpaz tozlanması nəticəsində meydana gəlib.
"Cell" jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, bu hibridləşmə hadisəsi nəticəsində ilk dəfə torpaq altında kartofun əsas qida hissəsi formalaşıb. Tədqiqatçılar bu prosesi mümkün edən iki əsas geni də müəyyən ediblər. Pomidorda yeyilən hissə meyvə olduğu halda, kartofda bu hissə torpaqaltı yumrulardır.
Bu hibrid bitki And dağlarının sürətlə yüksəldiyi dövrdə soyuq və quraq iqlimə uyğunlaşaraq geniş yayılıb.
Qeyd edək ki, hazırda dünyada 5 mindən çox kartof növü var və o, insan qidasında düyü və buğdadan sonra üçüncü ən vacib məhsuldur.
Ana səhifəyə qayıt
Oxunub: 665
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Seçilənlər