Günəşdə nəhəng dəliklər əmələ gəlib
(14-04-2018, 21:22)

Həmin sahələrdə temperatur və plazma sıxlığı kəskin şəkildə azalıb.
Oxu.Az “Science Alert” jurnalına istinadən xəbər verir ki, bu hal Yer planetinin maqnit sahəsində xəfif dəyişikliklərə yol aça bilər.
Günəşdəki koronal dəliklər ulduzun maqnit xətlərinin tükəndiyi ərazilərdir. Burada plazma günəşətrafı sahədə qalmayaraq kosmosa can atır. Müvafiq olaraq Günəş səthinin bu yerində sıxlıq və temperatur azalır. Beləliklə də koronal dəliklər - rentgen şüalanmasında tünd ləkələr kimi görünən ərazilər əmələ gəlir.
Nəticədə plazma günəş küləyinin yəni ionlaşmış zərrəcik axının bir hissəsinə çevrilir. Həmin küləklər Yer istiqamətində hərəkət etdikdə, planetimizdə geomaqnit qasırğalar müşahidə olunur.
Okean və atmosfer tədqiqatları milli idarəsi (NOAA) geomaqnit qasırğasını “G” indeksi (beş ballıq şkala) üzrə 1 bal qiymətləndirib.
Bu o deməkdir ki, enerji şəbəkəsində cüzi gərginlik dəyişkənlikləri və peyk rabitə sistemlərinin işində xəfif pozuntular yarana bilər.
Ana səhifəyə qayıt
Oxunub: 910
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər







