Hövsan Mədəniyyət Mərkəzinin təmiri niyə gecikir?
(4-07-2023, 09:00)


Hövsan Mədəniyyət Mərkəzinin təmiri niyə dalana dirənib? - İLGİNC

Hövsan Mədəniyyət Mərkəzinin təmiri naməlum səbəblərdən dayandırılıb.
dovrunnabzi.az xəbər verir ki, Mərkəzin təmirinə 2 il əvvəl başlanılmışdı. Bununla bağlı Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən maliyyə vəsaiti də ayrılmışdı.
İndi məlum olur ki, Mədəniyyət Mərkəzində aparılan təmir işləri qəfil dayandırılıb.
Ərazidə yaşayan sakinlər deyir ki, xeyli müddətdir Mədəniyyət Evində təmir işləri aparılmır. Bu isə binanın acıqnacaqlı vəziyyətə düşməsinə səbəb olub.
Sakinlər deyir ki, Mədniyyət Mərkəzinin yaxınlığındakı park da yararsız vəziyyətdədir: "Təmir adı ilə buranı pis günə qoyublar. İndi təmir də getmir. Park da yararsız vəziyyətə düşüb”.
Xatıladaq ki, bu məsələ aprel ayında da gündəmə gəlmişdi. Həmin vaxt Hövsan Mədəniyyət Mərkəzinin direktoru Vasif Rəhimov demişdi ki, bu il Mərkəzin təmir olunması üçün Mədəniyyət Nazirliyinə müəyyən vəsait ayrılıb: "Yeni nazirin də xəbəri var. Apreldən sonra büdcə təsdiqlənəndə tikinti davam etdiriləcək”.
Artıq iyun ayıdır. Amma hələ də təmir işləri başlamayıb. 
Mövzunu diqqətdə saxlayacağıq.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 201

Xəbər lenti