Əlibaba Məmmədovun xatirə gecəsi keçirildi
(3-04-2023, 17:00)

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, görkəmli xanəndə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib. Gecədə Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi xanəndənin həyat və yaradıcılığından söz açıb. Konsert proqramı ilə davam edən tədbirdə unudulmaz xanəndənin repertuarından muğamlar, bəstələdiyi mahnı və təsniflər səsləndirilib. Tanınmış incəsənət xadimləri və xanəndənin ailəsinin də iştirak etdiyi tədbirdə əslən Cənubi Azərbaycandan olan dünyaca məşhur rəssam və xanəndə Vədud Müəzzin Əlibaba Məmmədovun özünəməxsus ustalıqla yaratdığı portretini ailə üzvlərinə hədiyyə edib.
Ana səhifəyə qayıt
Oxunub: 343
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər






