“Mən kişiyəm, sən yox...” - Röyadan sərt cavab
(14-04-2018, 11:53)

“Mən kişiyəm, sən yox...” - Röyadan sərt cavab
Əməkdar artist Röya Ayxan aylardır ki, qalmaqal yaşadığı və məhkəməlik olduğu Aygün Bəylər barədə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, müğənni “Baku.ws”in instaqram səhifəsinin canlı yayımında həmkarını sərt bir şəkildə tənqid edib. Röya əməkdar artisti ikiüzlü olmaqda ittiham edib:

“Bu yaxınlarda bir müğənni heç özündə deyildi, çıxıb efirdə ağzına gələni danışdı. Səbail rayon Məhkəməsinin hakimi də (Zaur Əliyev) guya bizim istəyimizi rədd edib. Buradan ona müraciət edirəm. Siz hakim, mənə rədd cavabı necə verə bilərsiz? 200-300 min təzminat istəməmişəm. Hər zaman olan şeyi istəmişəm. Bu təqhirə görə 50 min manat ən yüksək təzminatdır. Mənim anam, atam və ailəm var. O kimdir efirə çıxıb desin ki, bu sənətə hansı yolla gəldiyini bilirik. Hansı yolla?

Sən bizi yeməyə çağırdın, gəldik və bizi otaqda qarşıladın, otağa girmədik? Bu yolu nəzərdə tutmusan? İnsanlar düzgünlüyü görməyəndə başqasına düşmən kəsilir. Mən onu bildim deyə düşmən kəsildi. Yoxsa bizdə hər şey yaxşı idi. O, ikiüzlüdür. Biz yemək yeyəndə demişdi ki, sən kişi kimi qızsan. Bəli, mən kişiyəm, amma sən yox. Papağını çxıart yerə qoy”.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 380

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930