Ukraynanın azərbaycanlı Xalq rəssamı barədə film çəkilib – FOTOLAR
(18-11-2022, 11:00)



Noyabrın 16-da Xarkov şəhərində təşkil olunan tədbirdə Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovun xatirəsi yad edilib.

Xarkov vilayətindəki “Dostluq” cəmiyyətinin və yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ötən il 59 yaşında dünyasını dəyişmiş görkəmli rəssamın Xarkov şəhərini və Ukraynanın digər şəhərlərini bəzəyən möhtəşəm sənət əsərlərindən söz açılıb.

Məlum olub ki, BMT-nin xüsusi mükafatını almış ukraynalı jurnalist Tatyana Babina azərbaycanlı rəssam barədə film çəkib. Həmin film tədbir iştirakçılarına nümayiş etdirilib.

Tədbirdə digər həmyerlimiz, Ukraynanın xalq rəssamı Katib Məmmədov və “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov çıxış edərək, Seyfəddin Qurbanovun yaradıcılığından, həmçinin onun Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin formalaşmasında oynadığı roldan danışıblar.

Tədbirin sonunda eləcə də Ukraynanın ərazi bütövlüyü uğrunda müharibədə həlak olan azərbaycanlı və ukraynalı döyüşçülərin xatirəsi yad edilib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 97

Xəbər lenti
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930