Xalq artisti xəstəxanaya yerləşdirilib
(29-08-2022, 11:00)
Azərbaycanın xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.
Bu barədə aktyorun qızı Aytən Həsənova məlumat verib.
Onun sözlərinə görə, atasının səhhəti pisləşib və vəziyyəti yaxşı deyil:"Hazırda xəstəxanadayıq. Müayinələri hələ ki, tam bitməyib. Atamı xəstəxanaya orta-ağır vəziyyətdə gətirmişik".
Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.
Ana səhifəyə qayıt
Oxunub: 196
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər