Bakıda memarlıq abidəsi üzərində tikilən üçüncü mərtəbə sökülür
(2-07-2022, 09:30)
Bakı şəhərində memarlıq abidəsi sayılan binanın damında aparılan tikinti işləri sökülür.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal müvafiq tədbirlər görülüb.
Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb və sahibkara xəbərdarlıq edilib. Vurğulanıb ki, tarixi binanın üzərində hansısa tikinti işlərinin aparılması yolverilməzdir.
Kommunal-təsərrüfat birliyinin nümayəndələri sahibkarı tikintini sökməyə məcbur ediblər: "Hazırda həmin yer sökülür. Ərazi ciddi nəzarətə götürülüb".
Ana səhifəyə qayıt
Oxunub: 185
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar