"Televiziyalara baxmıram, heç Azərbaycan futboluna da baxmıram, çünki 50 il geri qalıblar”
(11-06-2022, 10:30)


“Ümumiyyətlə, mən Azərbaycan televiziyalarına baxmıram. Özüm futbol azarkeşi olduğuma görə idmanla bağlı verilişlərə baxıram. Azərbaycan futboluna da baxmıram, çünki bu Sovet futboludur və onlar əlli il geri qalıblar”.

Bunu  açıqlamasında müğənni Akif İslamzadə deyib. A.İslamzadə heç Rusiya futbol komandalarının oyunlarına da baxmadığını bildirib:
 
“Heç Rusiya futboluna da baxmıram. Bu da elə Sovet məktəbidir, yəni baxmağın mənası yoxdur. Azarkeşi olduğum futbol alman, ispan, ingilis futboludur. Onlar təkcə qaçmırlar, həm də beyinləriylə düşünürlər. Televiziyalarımızda aləmi qatıblar bir-birinə. Məqsədli şəkildə insanları cahilliyə, savadsızlığa sürükləyirlər. İndi elə yerdəyəm ki, çox danışa bilmirəm. Bir dəfə bu mövzu ətrafında geniş danışarıq”.   
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 179

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930