Musa Yaqubun qəbirüstü abidəsinin açılışı oldu
(7-05-2022, 14:49)

Bu gün İsmayıllı rayonunun Buynuz kəndinin qəbirstanlığında Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib.

 Mərasimdə rəsmi şəxslər, ədəbiyyat, elm və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Çıxış edənlər M.Yaqubla bağlı xatirələrini bölüşüblər, yaradıcılığı barədə danışıblar.

 

Abidəni Xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayıb.

 

Qeyd edək ki, bu gün şairin ölümündən bir il ötür. M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 216

Xəbər lenti