Qənirə Paşayeva Xarəzmdə tanınmış mədəniyyət, elm xadimləri ilə görüşlər keçirib - FOTO
(4-11-2021, 10:30)

Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Xarəzmdə tanınmış mədəniyyət, sənət, elm xadimləri və Xarəzmdən olan millət vəkilləri ilə görüşüb.
Qardaş ölkələrimiz arasında bütün əməli fəaliyyət sahələri üzrə yüksək səviyyəli münasibətlər olduğunu vurğulayan Q.Paşayeva, ölkələrarası münasibətlərdə mədəniyyət, sənət, elm xadimlərinin, millət vəkillərinin üzərinə də böyük mənəvi məsuliyyət düşdüyünü bildirib:
“Qardaş ölkələrimizin prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev cənabları dövlətlərimizin inkişafı üçün var qüvvələri ilə çalışır. Dövlət başçılarımızın fəaliyyətləri bizlər üçün örnəkdir.
Xarəzmi Azərbaycanla bağlayan və yaxud öz taleyini Xarəzmlə bağlayan, yaradıcılığında Xarəzmin xüsusi yer tutduğu həmvətənlərimiz vardır. Onların acılı-şirinli xatirələri, ömür yolları da bugünkü nəsillər tərəfindən öyrənilir və bu öyrənimlərin onların ruhunu şad etdiyinə inanıram. Maqsud Şeyxzadə, Yusif Vəzir Çəmənzəminli, Ziya Bünyadov, Əzizə Cəfərzadə belə ziyalılarımızdandır. Ruhları şad olsun!
Əziz dostlar, Özbəkistanın uğuru Azərbaycanın, Azərbaycanın uğuru Özbəkistanın uğurudur. Birimizin kədəri də, sevinci də ortaqdır. Məhz bu ortaqlıq düşüncəsi yaradıclıqda əks olunduqca daha təsirli nəticələrə gətirib çıxarır. Sənətin estetik dəyərləri ilə təcalla edən kədərimiz, sevincimiz gələcək nəsillər üçün xüsusilə önəm ərz edir.
Hər birinizə şəxsi həyatrınızda, yaradıcılıqda uğurlar diləyirəm”!




Ana səhifəyə qayıt
Oxunub: 204
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar