Mehman Əhmədlidən Samirəyə: “Meyxananın hesabına pul qazandın, indi...”
(6-10-2021, 12:04)


Mehman Əhmədlidən Samirəyə: “Meyxananın hesabına pul qazandın, indi...”
“Çalışıram meyxananın dalınca çox qaçmayım, çünki ali təhsilli müğənniyəm. Elə bilirəm, belə olan halda oxuduğum illəri yelə verirəm, təhsil aldığım Konservatoriyaya xəyanət edirəm. Oxuduğum mahnıların çoxu “Qızıl Fond”da saxlanılır, amma o meyxanalar fondda qalmayacaq”, – deyən Samirə Yusifqızının meyxanaçıların qınağına tuş gəlib.
 
Bu barədə açıqlama verən tanınmış meyxanaçı Mehman Əhmədli Samirə Yusifqızının elə meyxana ilə tanındığını və meyxananın hesabına pul və ad-san qazandığını bildirib:
 
“Samirə xanım deyir ki, meyxanadan uzaqlaşıram, çünki meyxana “Qızıl Fond”da qalmayacaq. Amma unutmasın ki, neçə illər idi, müğənnilik edirdi, “toylar kraliçası” adını almışdı, heç Samirəni yolda-irizdə, orada-burada tanıyan yox idi. Yəni çox az adam tanıyırdı və məşhur deyildi. “Qızıl Fond”da qalan mahnıları ilə onu heç kim tanımırdı. Amma meyxana dedi və bu gün ona müğənni Samirə deyən yoxdur, meyxanaçı Samirə kimi tanınır. Soruşanda deyirlər, hansı Samirə? Cavab verirlər ki, meyxanaçı Samirə. 
 
Meyxana elə-belə sənət olsaydı, ona məşhurluq gətirməzdi. Nəinki Samirə və neçə-neçə müğənnilərə, şairlərə də meyxana məşhurluq gətirib. Gənc müğənnilərin əksəriyyəti elə meyxanaçılarla duet oxuyandan sonra məşhur olublar. İnsanlar var ki, oturub bir meyxana yarışmasında bu sənətə qiymət verib, ondan sonra tanınıb. Halbuki neçə ilin aktyoru, şairi idi, heç kim tanımırdı onu. Meyxana elə-belə sənət deyil. Samirə nə qazanıbsa, meyxananın hesabına qazanıb. Ad-sanı da, pulu da. Qaldı ki meyxananın “Qızıl Fond”a qalmamasına, məsələn, Vüqar Əbilovun bir mahnısı, öz meyxanam “Qızıl Fond”dadır. Amma o elə axıra qədər meyxanaçı Samirə olaraq tanınacaq”.
 
Mehman Əhmədli Samirənin: “Çalışıram, meyxananın dalınca çox qaçmayım, çünki ali təhsilli müğənniyəm. Elə bilirəm, belə olan halda oxuduğum illəri yelə verirəm, təhsil aldığım Konservatoriyaya xəyanət edirəm”, – fikirinə də münasibət bildirib:
 
“Konservatoriyaya xəyanət gülünc səslənir. Belə idisə, neçə illər niyə xəyanət edirdin? Samirə istedadlı bir xanımdır, mən onun istedadını alqışlayıram. Xanım olasan, belə meyxanalar deyə biləsən. Bir yerdə verilişlərdə meyxanalar da demişik, qafiyəni o dəqiqə tutub. Amma indi meyxana barədə belə sözlər deməsi heç xoşuma gəlmədi. Meyxanalardan niyə qaçır? O yeganə meyxana deyən qadın olaraq “Qızıl Fond”da daha çox qala bilər”.(Yenicag.az)
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 8

Xəbər lenti
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031