Mənzurə Musayeva: “Səyyad Əlizadənin cənazəsi evindən çıxmalı idi...”
(2-10-2021, 16:40)


Mənzurə Musayeva: “Səyyad Əlizadənin cənazəsi evindən çıxmalı idi...”
"Mərhum Səyyad Əlizadə son mənzilə xəstəxanadan deyil, evindən yola salınmalı idi”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Mənzurə Musayeva deyib.
 
Sənətçi bildirib ki, Səyyad Əlizadənin cənazəsinin xəstəxanadan evinə gətirilməsi ilə bağlı ailəsinə təklif edib:
 
"Kürəkəninə təklif elədim ki, Səyyad Əlizadənin cənazəsi xəstəxanadan yaşadığı evin həyətinə gətirilsin, bütün sənət adamları onunla vidalaşsın, ordan da son mənzilə yola salınsın. Razı olmadılar, dedilər, cənazə bir başa xəstəxanadan kəndə aparılacaq. Səyyad vida mərasimi ilə yola salınan bir sənətkar idi. İstəməzdim ki, belə bir insan son mənzilə xəstəxanadan yola salınsın. Cənazəsi evindən çıxmalı idi. Yaxşı insan idi, dünyanın ən gözəl xüsusiyyətləri onda cəmləşmişdi”.
 
Mənzurə Musayeva bildirib ki, vəziyyətlə əlaqədar sənət adamlarının əksəriyyəti Füzuli şəhərinə gedə bilmir:
 
"Xəstəlik çoxdur, vəziyyət də pisdir, hər kəs də özündən qorxur. Allah ona rəhmət eləsin”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 230

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930