“Aparıcların əksəriyyətinin aparıcılıqdan xəbəri yoxdur, ona görə də...”
(2-10-2021, 16:38)


“Aparıcların əksəriyyətinin aparıcılıqdan xəbəri yoxdur, ona görə də...”
Son bir neçə ildə şou və əyləncə verilişlərinin aparıcılarına dırnaqrası baxılır. Bu fikirlər daha çox siyasi, xəbər verilişini aparan həmkarları tərəfindən dilə gətirilir. Əslində isə hazır materialı tamaşaçıya çatdrımaq nə qədər asandırsa, əyləncə tipli verilişləri aparmaq, tamaşaçının diqqətini efirə yönəltmək bir o qədər çətindir.
 
Aparıcı Vüsalə Kərimova mövzu ilə bağlı təəssüratlarını Moderator.az-a bölüşüb:
 
“Mənim üçün aparıcının hansısa verilişi idarə edə bilməsi anlayışı yoxdur. Aparıcı hər bir verilişi idarə etməyi bacarmalıdır, istər mədəniyyət, istər kriminal, istər iqtsadiyyat, istərsə də xəbərlər. Mənə görə üçün aparıcı aparıcıdır, təbii ki, söhbət əsl aparıcıdan gedir. Əgər bu aparıcının bütün istiqamətlərdə qabiliyyəti yüksək dərəcədədirsə niyə də aparmasın? Aparıcı hər bir istiqamətdə işi görməyi bacarmalıdır. Nəzərə alsaq ki, televiziyada aparıcıların 80 faizi diktor vəzifəsini icra edirlər, onların qarşılarına nə qoyurlarsa yalnız onları oxuya biləcəklər. Ona görə də şou verilişləri apranların xəbər aparması bir az absurd məsələyə çevrilir. Belə götürsək mən buna normal yanaşıram. Özüm 14 il xəbər verilişi aparmışam. Bu gün isə xəbərlərdə deyiləm, şou xarakterli veriliş aparıram. Ümumilikdə isə hər istiqamətdə veriliş apara bilirəm. Bu illər ərzində müxbir kimi də çalışmışam. O dönəmlərdə həm siyasi, həm iqtisadi, həm də kriminaldan yazırdım. Bunun üçün hazırda hər hansı verilişi aparmaq mənə problem deyil. Düşünürəm ki, peşəkarlaşmaq lazımdır. 
Telenakallarda çalışan aparıcların əksəriyyətinin aparıcılıqdan xəbəri yoxdur. Ona  görə də  aparıcıları sadəcə telekanal rəhbərliyi, məsul olan şəxslər bir istiqamətdə formalaşdırırlar. O istiqamətdən çıxara bilmirlər ki, heç olmasa axıra nəsə çıxarsınlar. Bu məsələdə telekanal rəhbərliklərini qınamıram. Bütün istiqamətlərdə peşəkarlaşan aparıcılarımız çox azdır”. 
 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 170

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930