Teatrların açılmasına qarşı olan Afaq Bəşirıqızı: “Hər şeyə onlar cavabdehdir...”
(25-09-2021, 13:50)


Teatrların açılmasına qarşı olan Afaq Bəşirıqızı: “Hər şeyə onlar cavabdehdir...”

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyətinə icazə verilir.

Qeyd edək ki, 2020-ci ilin mart ayından etibarən ölkədə teatrlar bağlıdır. Ötən gün teatrların açılacağı ilə bağlı xəbər aktyor və aktrisaların sevincinə səbəb olub.

Məsələ ilə bağlı  bir müddət bundan əvvəl teatrların açılması ilə bağlı fikirlərə qarşı olan Xalq artisti Afaq Bəşirqızının mövqeyini öyrənməyə çalışıb. Xalq artisti Operativ Qərargahın qərarına bu cür münasibət bildirib: 


“Bu elə bir qlobal məsələdir ki, onu bir neçə nəfərin fikri ilə həll etmək olmaz. Belə məsələlərə Operativ Qərargah cavabdehdir, onlar müəyyən nəticələrdən qərar çıxarır. Teatrların fəaliyyətə başlaması  çox yaxşı oldu. Hər halda bununla bağlı qərarı verənlər hər cür təhlükəni nəzərə alıb, müəyyən ediblər ki, teatrlarda heç bir infeksiya yoluxmaz. Mən də bir incəsənət xadimi kimi bu qərara çox sevinirəm. Bilirəm ki, aktyorlar səhnə üçün darıxıb. Elə mən özüm də işim üçün çox darıxmışam. Pandemiyanın məğlubiyyətinə sevinirəm. Bütün incəsənət xadimlərinə yeni treatr mövsümündə müvəffəqiyyətlər arzu edirəm”. 


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 181

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930