“Mən o biri müğənnilər kimi deyiləm ki, nəyisə camaatdan gizlədəm...”
(21-09-2021, 18:50)


“Mən o biri müğənnilər kimi deyiləm ki, nəyisə camaatdan gizlədəm...”
“Dədəmin yurdunda köhnə evi söküb təzə ev tikmişəm. Bu da rəhmətlik anamın arzusu idi. İndi hamı dədəsinin yurdunda ev tikməlidir. Heç içinin təmirini qurtara bilməmişəm. Qoy görüm nə olur, bəlkə arvadı təzədən aparım evlərinə qoyum ki, t cehiz versinlər. Yəni belədir, çatdıra bilmirəm”
 
Bunu Moderator.az-a açıqlamasında dəbdəbəli malikanəsi ilə gündəmə gələn müğənni Əlikram Bayramov deyib. Müğənni deyib ki, elə həyatda olan o iki evimdir: 
 
“O evi camaatın gözünün qabağında səkkiz ilə tikmişəm. Mətbəx mebeli yoxdur, ikinci mərtəbədə iki otağın mebeli var. İnsanların gözü qarşısında olan şeyi gizlətməyəcəm ki, ev tikmişəm də. O birilər kimi deyiləm mən, Allahla ürəyi düz adamam. Xalqdan gizlin heç nəyim yoxdur. Nə obyektim, nə də çörək sexim var. Olan o iki evdi, biri şəhərdədir, o biri də Biləsuvarda. Ata evimiz köhnə olduğu üçün çökdü və mən də anamın arzusunu yerinə yetirib orda ev tikdim. Allahın verdiyinə min şükür, mən o biri müğənnilər kimi deyiləm ki, nəyisə camaatdan gizlədəm. Mənim nəyim varsa, göz qabağındadır. O da mənim böyük arzuyla kənddə tikdiyim evdir. Rusiyadan dostlarım-tanışlarım gəlir və deyirəm ki, gələndə mənim evimdə qalın. Orda bizim Rusiyada yaşayan dostlarımız var, kəndə elə evlər tikiblər ki, mənim evimdən də yaxşıdır. 
 
Vaxtımın çoxunu rayonda keçirirəm. Qorxum bir dənə Allahdandır, Allah sizin kimi dostları var eləsin. Evimin qapısı həmişə açıqdır, sənət dostlarıma deyirəm ki, sizi and verirəm Allaha, kəndə gedəndə başqa yerdə qalmayın, gəlin mənim evimdə qalın. Atamın-anamın arzusudur ki, orda ev tikim və dost-tanışlar gəlsin. Sizin də yolunuz düşsə, gəlin. Elə qəşəng xoruzlarım var ki, kəs birini orda ye. 
 
Mən bunu gizlədə bilməzdim, el-oba bilir ki, orda ev tikmişəm. Düzdü, göz yaxşı şey deyil, Allah yaman gözdən bizi uzaq eləsin. Amma neyləyim, maşın deyil ki, aparım hardasa gizlədim. Zəhmətimlə tikmişəm, heç bir qorxum da yoxdur. 
 
Bu qala bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala
 
Mən bunu izim üçün tikmişəm. Atamdan-anamdan sonra məndən də yadigar qalsın. Allah Baloğlan Əşrəfova rəhmət eləsin. Rayonda qəşəng evi var imiş. Dünyasını dəyişəndə rayonda getdik və onda dedim ki, Baloğlan, nə yaxşı bu evi tikmisən, yoxsa nə olardı. Hamının axır yeri doğulduğu yerdir. Mən də onu düşünüb bunu tikmişəm. Əlimdə nə olubsa, hamısını ora qoymuşam ki, anamın ruhu şad olsun. Qardaşım, bacım rayona gedəndə orda qalırlar”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 170

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930