"500 manata satsaydılar mən də Xankəndində ev alardım" - Xalq artisti
(17-08-2021, 14:11)

“Eşitmişəm ermənilər Xankəndində ucuz qiymətə ev satırlar, əmlaklarını satışa çıxarıblar. 500 manata satsaydılar mən də Xankəndində ev alardım. O 500 manatı da onların yol puluları, getməkləri, yığışmaqları üçün ödəyərdim. Vallah həqiqi sözümdür, zarafat kimi qəbul etməyin. Belə də olmalıdır da. Onlar 30 ilə yaxındır bizim torpaqlarda kirayə yaşayırlar, Xankəndinə də müvəqqəti gəlmişdilər. Onlar Xankəndində özləri üçün gələcək görmədiklərinə görə bu addımı atırlar. Əslində onlar bizə pul verib, oraları tərk etməlidirlər. Biz ürəyiyumuşaq millətik, deyirik ki, eybi yox, yetər ki, çıxıb rədd olsunlar”
Bunu Xalq artisti Naibə Allahverdiyeva deyib. O daha sonra əlavə edib.
“Şuşada olmağı, orada yaşamağı arzulayıram. Aparsalar qaça-qaça gedərəm. Ora gedən insanı mən xoşbəxt hesab edirəm. Bəzən də fikirləşirəm ki, bəlkə heç ömür vəfa etmədi ki, gedib oranı görüm? Bu çox pis şeydir. İnşallah ki, mənə də nəsib olar. Yeni evlənən gənclərin yerinə olsaydım gedib o torpaqlarda ev alardım. İndi oralarda çox böyük işlər gedir, dövlətimiz işğaldan azad edilmiş bütün yerləri abadlaşdırır. Cavanlıq illərində olmuşam Şuşada. İlahi necə gözəl idi! Hər zaman xəyallarımda canlandırmışam. Müharibə başlamazdan öncə yuxumda da Şuşanı görmüşdüm. Yuxuda gördüm ki, hər yerdə qurbanlar kəsilir, camaat ora-bura qaçır. Kənarda bir yaşlı kişi oturub. O kişidən soruşdum ki, nə bayramıdır qurbanlar kəsilir? Mənə baxıb dedi ki, vaxtı keçsə də yenə də gəldiniz, ona görə də qurbanlar kəsilir. Hələ müharibə başlamamışdı, ağlıma gəlmirdi ki, yuxuda gördüyüm Şuşa ola bilərdi. Şuşaya gedib orada qurban kəsib, paylamağı əhd etmişəm. Çünki illərdir o torpaqların həsrətini çəkmişik” deyə sənətkar bildirib.
Ana səhifəyə qayıt
Oxunub: 183
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər